Avropa Şurası Baş katibinin Azərbaycana səfəri başlayıb
Avropa Şurasının Baş katibi Alen Berse BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
“turaninsesi.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.
Xatırladaq ki, sentyabrda Berse BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.