“Avropa Parlamentinin Azərbaycan və bölgə ilə bağlı hansısa qərar vermək səlahiyyəti yoxdur” – RƏY

0

“Avropa Parlamentinin Azərbaycan və ya ölkəmizin bir bölgəsi ilə bağlı hansısa qərar vermək və həmin qərarın icrasını həyata keçirmək səlahiyyəti yoxdur”.

Turanın səsi ” xəbər verir ki , Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Avropa Parlamentinin yanvarın 18-də qəbul etdiyi qətnamənin reallıqdan tamamilə uzaq olduğunu bildirən deputat əlavə edib ki, bu, Azərbaycanla Avropa Birliyi arasında mövcud münasibətlərə ciddi zərbə yetirəcək:

“Qurum bu gün Fransanın oynadığı rolu artıq öz üzərinə götürərək məsuliyyətsiz və ədalətsiz bir qərar qəbul edib. Təbii ki, sözügedən qətnamə nə Azərbaycan, nə də bölgə üçün heç bir əhəmiyyət kəsb etmir. Bunu bütün Azərbaycan ictimaiyyəti və dünya ictimaiyyəti bilməlidir. Bölgədə sülhə və təhlükəsizliyə zərbə vuran bütün qərar və qətnamələr erməni dəyirmanına su tökməklə bərabər bir daha göstərir ki, Avropa Parlamenti, həmçinin onun kimi bir çox quruluşlar rüşvət batağındadırlar. Bu qurum öz ərazilərində yaşayan xalqların milli mənafeyini düşünmək əvəzinə lobbilərin, diasporaların mənafelərini düşünərək onların maraqlarına uyğun qərarlar qəbul olunur. Bu zaman sual yaranır ki, belə qərarların qəbul olunması üçün görəsən, Avropa Parlamentinin deputatları da elə həmin qurumun hazırda həbsdə olan vitse-spikeri səviyyəsindəki deputatı kimi rüşvət və korrupsiya girdabına batıb?”.

Deputat qeyd edib ki, bu kimi çirkin hallar Avropa Parlamentinin ciddiyyətinə, məsuliyyətinə, eyni zamanda qurumun qəbul etmiş olduğu qərar və qətnamələrin də həqiqiliyinə şübhə doğuracaq:

“Əgər Avropa Parlamenti və onun deputatları təxminən 25-30 min civarında olan Qarabağ erməniləri haqqında bu qədər hay-küy salmağa fürsət tapa bilirsə, niyə bir dənə də olsa, 30 ildir blokada şəraitində olan Naxçıvanla və 1988-ci ildə öz ata-baba yurdu Qərbi Azərbaycandan qovulan 100 minlərlə azərbaycanlı, eyni zamanda 30 il Qarabağdan qaçqın salınmış, vəhşiliyə düçar edilmiş azərbaycanlılarla bağlı qətnamə qəbul etməyib. Bir dəfə dəfə də olsa Ermənistan-Azərbaycan arasındakı münaqişə ilə əlaqədar obyektiv mövqe ortaya qoymayıb”.


R.Həsən vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz bu məsələlərdə təktərəfli, ədalətsiz mövqe sərgiləyən hərhansı dövlət və beynəlxalq qurumun gedən proseslərdə iştirakına imkan verməyəcəyik:

“Bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı Azərbaycanla ciddi müzakirələr aparan Avropa Birliyinin hökumət qurumları olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və digər bir çox rəhbərlərinin Azərbaycan Prezidenti ilə səmimi münasibətlərini ortaya qoyur, Azərbaycanın nə dərəcədə vacib və lazımlı bir partnyor olduğunu dünya mediasının gözü qarşısında dəfələrlə ifadə olunur, digər tərəfdən isə Avropa Parlamenti Azərbaycan haqqında əcaib qətnamə qəbul edir. Təbii ki, bu hallar münasibətlərə kölgə salacaq və Azərbaycan xarici siyasət strategiyasına yenidən baxılmasının təməlini atmış olacaq”.

“Azərbaycanı hələ də 90-cı illərdəki zəif bir ölkə kimi görən bütün qüvvələr açıq şəkildə bilməlidirlər ki, bu gün Azərbaycan güclü və qüdrətli bir dövlətdir. Avropa Parlamentinə bölgədə yaranmış yeni reallıqları qəbul etməklə burada yaşayan xalqların sülh və əmin-amanlıq içində yaşayışının təmin edilməsi üçün atılan addımlara dəstək verməyi məsləhət görürük. Azərbaycan öz xarici siyasətini yürüdərkən heç bir dövlətin və təşkilatın diqtəsi ilə hərəkət etmir. Bu günə qədər ona təmin olunmuş haqq və hüquqları yalnız və yalnız öz gücünə əldə edib. Əminəm ki, bundan sonra da atılacaq addımlar Azərbaycanın ədalətli şəkildə bütün problemlərin və proseslərin həll olunmasındakı rolunu daha da qüvvətləndirəcək” – R. Həsən vurğulayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir