ATƏT sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salındı

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.
“turaninsesi.az” xəbər verir ki, bunu məlumatlı mənbə bildirilib.
Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.
ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.
Arzu Paşaqızı