Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşünün yekun sənədləri imzalanıb

0

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşündə dövlət başçıları bir sıra müvafiq qətnamələri, həmçinin Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsini imzalayıblar.

Turanın səsi” in xəbərinə görə , “Türk Əsri” çağırışı altında keçirilən toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət və hökumət başçılarının üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirdikləri toplantıda regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir