Araikin müşaviri Azərbaycana təslim oldu
Qondarma “Artsax” “prezidenti”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə separatçı özü bildiirb.
“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə, yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim görünməməyim, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, – deyə Babayan qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI