Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
“Turanın səsi ” xəbər verir ki, toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.
İclası Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib.
O, zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI