Almaniya Kansleri: Bakıda keçiriləcək COP29-un uğurlu olacağını demək olar – YENİLƏNİB
“Dubayda keçirilmiş COP28-ə Berlində baş tutan tədbirindən baxarkən demək olar ki, Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib:
“Yaşıl enerji ilə bağlı uzunmüddətli strategiyalar tətbiq olunur. Biz gələcəyin fürsətlərindən istifadə edərək, məhz bu istiqamətdə işlərimizi görürük”.
12:03
İqlim dəyişikliklərilə mübarizədə yeni yanaşmaya ehtiyac var.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarına kimi yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:
“Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI