Albaniya Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatdı
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.
“Turanın səsi ” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI