AKP-nin sədr müavini: Cənubi Qafqazda sülh əldə olunmalıdır

Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır, bunun yollarından biri də Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir.

turaninsesi.azxəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Zəfər Sırakaya Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində baş tutan “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda paneldə deyib.

O qeyd edib ki, burada uzun illərdir etinasız yanaşmanın qurbanı olmuş bir məsələ müzakirə edilir.

“30 il ərzində Ermənistanın Qarabağı işğal altında saxlaması böyük problemlərə səbəb olub. Bu təcavüzün qurbanları bir tərəfdən yurd-yuvalarından didərgin düşən insanlardırsa, digər tərəfdən də Azərbaycanın zəngin maddi-mədəni irsidir”, – parlament üzvü bildirib.

Z.Sırakaya vurğulayıb ki, 30 il sonra Azərbaycan özü ədaləti bərqərar etmək məcburiyyətində qalıb və torpaqlarını işğaldan azad edib:

“Bu gün həmin ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanlı qardaş-bacılarımız bu gün artıq dədə-baba torpaqlarına qayıdırlar. Onlar irslərini qorumaq, həyatlarını evlərində davam etdirmək imkanı qazanıblar. Qafqazın mövcud potensialının tam istifadəsi üçün sabitliyin təmini mütləqdir. İnanıram ki, Cənubi Qafqaz rifaha çatacaq. Türkiyə bunun üçün sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI