ABŞ-nin dəhlizi nəzarətə götürməsi: “Bu, onların işidir”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.
“turaninsesi.az” “Berliner Zeitung”-a istinadla xəbər verir ki, o bunu Ermənistanın qərar verəcəyi məsələ adlandırıb.
“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – deyə Hikmət Hacıyev vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI