ABŞ dövlət katibi bu gün yenidən Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

0

ABŞ-ın dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Görüş ABŞ diplomatiyasının rəhbərinin iş qrafikinə daxil edilib.

Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir