13 ölkəyə BRICS-in tərəfdaşı statusu verildi
13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə kommersant.ru məlumat yayıb.
Məlumata görə, BRICS iştirakçıları tərəfdaş dövlətlər üçün meyarlar barədə razılığa gəliblər.
Beləliklə də, Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnama tərəfdaş statusu verilib.
Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə XVI BRICS Sammiti keçirilir.
Qrup 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiya birliyə üzv olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI