Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada keçirəcəyi görüşdə Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək.
“Turanın səsi ” xəbər verir ki, bunu “Sabah” qəzeti yazıb.
Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.