Ərdoğan: “Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”

0

“Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”.

Turanın səsi ”  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-də Ankarada məmurlarla görüşündə deyib.

Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar “bir millət, iki dövlət” olmağın göstəricisidir”.

“Biz seçki gündəmindən asılı olmayaraq zəlzələ bölgəsində həyata keçirilən bütün işləri mütəmadi izləyirik”, – R.T.Ərdoğan vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir