Paşinyan: Azərbaycanın narahatlığını başa düşməliyik

Sülh sazişinin imzalanması kontekstində Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması iddiasını irəli sürür.
“turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Nikol Paşinyan bildirib.
Baş nazir qeyd edib: “Düşünürəm ki, bunu sülh sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırması versiyasından çıxış etməyə çalışmalıyıq. Konstitusiya Məhkəməsi Konstitusiyada nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqandır. 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməmiz delimitasiya və demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni nəzərdən keçirərək bildirib ki, Almatı Bəyannaməsi iki ölkə arasında sərhədin demarkasiyası prinsipi kimi qeyd olunur.
Bu o deməkdir ki, Konstitusiya Məhkəməsi Almatı Bəyannaməsinə əsasən, müstəqil Ermənistanın ərazisinin Sovet Ermənistanının ərazisi, müstəqil Azərbaycanın ərazisinin isə Sovet Azərbaycanının ərazisi ilə eynilşdirib. Bunun əsasında tərəflər 2022-ci ilin oktyabrında Praqada münasibətləri tənzimləmək barədə razılığa gəlibər, bu bəyanat Ermənistan Respublikasının Konstitusiyasına tam uyğundur.
Təbii olaraq müəyyən edilib ki, Ermənistan Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI