Əl-Şəybani Bayramova zəng etdi

Suriyanın xarici işlər naziri  Əsəd əş-Şəyibani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

turaninsesi.az” SANA-ya istinadla xəbər verir ki, danışıqları zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ümumi maraq doğuran məsələlər üzrə birgə koordinasiyanın gücləndirilməsi yolları araşdırılıbr.

Telefon danışığı zamanı Əl-Şəybani və onun azərbaycanlı həmkarı “Suriya hökumətinin enerji sektorunda sabitliyə və yenidənqurma işlərinə nail olmaq, habelə siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək səylərində dəstəklənməsinin” vacibliyini vurğulayıblar.

Bundan başqa, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsinin və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin vacibliyi qeyd olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI