Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçirilib – YENİLƏNİB

Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Bu barədə “turanın səsi“nə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Eyni zamanda Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu deyib.

Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.

13:50

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya və Ermənistan olan həmkarları ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Turanın səsi” nə TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, tərəflər hər üç ölkə liderinin 2020-ci ilin noyabrında imzaladıqları bəyanatın tələblərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir