Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq “Qırmızı kitab”ın lll nəşrinə əlavə edilib

Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq “Qırmızı kitab”ın lll nəşrinə əlavə edilib.

Turanın səsi ” xəbər verir ki, bunu Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Qırmızı kitab”ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb: “Topxana meşəsini də Azərbaycanın Minatəmizləmə Agentliyinin iştirakı ilə təftiş etdik. Oranın vəziyyətini, müasir florasını qismən də olsa “Qırmızı kitab”ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyədək Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib”.

“Qırmızı kitab”ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir”, – S.İbadullayeva vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir