Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə…”
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə hiss olunub.
İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar.
Zəlzələ yenidən baş verə bilərmi?
“Turanın səsi ” xəbər verir ki , Məsələ ilə bağlı açıqlama veren Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev 2024-cü il ərzində də belə hiss olunan zəlzələlərin baş verəcəyini söyləyib:
“Hiss olunan zəlzələlər qaçılmazdır. 2024-cü ildə də bu davamlı şəkildə olacaq. Hazırda tektonik blok aktivləşib. Yanındakı qonşu bloklar da aktivləşəcək. Mərkəzi Xəzər və cənubi Xəzər blokları oyana bilər. Aktivləşmə davamlı surətdə gözləniləcək. Lakin dağıdıcı zəlzələlər gözlənilmir”, – Q.Babayev vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI