Yenidən zəlzələ gözlənilir
Bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.
“Turanın səsi ” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
“Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”,
Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI