Xəzərdə zəlzələ olub
Xəzər dənizində 3,1 maqnitudalı (Mw) zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Mərkəzin verilənlərinə görə, Bakı vaxtı ilə 00:09-da qeydə alınmış zəlzələnin ocağı 25 km dərinlikdə olub.
Təbii hadisənin episentri əhalisi təxminən 1 700 nəfər olan Çilov qəsəbəsindən (eyniadlı adada yerləşir) 86 km şimal-şərqdə yerləşib.