Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub – YENİLƏNİB

0

Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Quba, Xaçmaz, Siyəzən 6 bala Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala gədər hiss olunub.

00:15

Xəzər dənizində 5,4 maqnitudada zəlzələ baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir