Vilayət rəhbəri qəza yerinə gəldi
Manqistau vilayətinin akimi (vilayət rəhbəri) təyyarənin qəzaya uğradığı yerə gəlib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə rayon rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Rayon rəhbəri hadisənin təfərrüatları və xilasetmə işlərinin gedişi ilə tanış olub. Rəsmi məlumatda qeyd olunur ki, rayon icra başçısı aidiyyəti qurumlara da müvafiq tapşırıqlar verib və görülən bütün tədbirlərin onun şəxsi nəzarətində olacağını vurğulayıb.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.
Bu barədə “Report” Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumat yayıb.
“İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI