Vahid Əhmədov: “Niyə ancaq DSMF ilə əlaqədə olmalıyıq?”

0

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi müzakirə edilməlidir”.

Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov deyib.

“Özəl pensiya fondları haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. Dünyada bunun nümunələri var. Niyə biz dövlətə məxsus bir fond (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu – DSMF) ilə əlaqədə olmalıyıq? Bəlkə o fondun verdiyi güzəştlər məni qane etmir”, – deyə o, qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir