Vətən müharibəsi qazisinə hücum olub, çənə sümüyü sınıb, dişləri qırılıb

0

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

Onun sözlərinə görə, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: “Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib”.

“Agentliyin qazi əməkdaşı, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü iki yerdən sınaraq dişləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur və əməliyyat olunması üçün hazırlıq görülür”, – deyə T.Qurbanov bildirib.

Sözçü vurğulayıb ki, vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir