ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”
“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 ilə əlaqəli təxminən 40 min ölüm halı barədə məlumat daxil olub”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
O, qeyd edib ki, ölüm hallarından yarıdan çoxu Çində qeydə alınıb.
ÜST-ün COVID-19 ilə əlaqədar fövqəladə hallar komitəsinin iclasında çıxış edən baş direktor Çində məhdudiyyətlərin aradan qaldırılmasının ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09