Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

“Turanın səsi ”  xəbər verir ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsilə onların emosional vəziyyətlərinin stabilləşməsi təmin ediləcək.

Uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması üçün onların Şəki, İsmayıllı, Şamaxı şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl artıq 3 qrup üzrə 100-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir