Tonqo sahillərində güclü zəlzələ baş verib
Tonqo Krallığının sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 22,4 min nəfər əhalisi olan Nukualofa şəhərindən 305 km aralıda, mənbə 85 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.