Teleqüllə ilə bağlı rəsmi qərar verildi: Sürüşür…

0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırlaşır.

Bu barede “Turanın səsi ” nə qurumdan bildirilib. Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək.

“Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Tikinti işləri 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir