Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərildi

“Ötən gün yerli vaxtla saat 23:30-da (22:30 Bakı) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.

turaninsesi.az” xəbər verir ki, Qazaxıstan bürosuna Manqistau vilayətinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün ərzində meyitlərin DNT testləri və qohumların ifadələri əsasında tanınması üçün gərgin iş aparılıb: “Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI