TƏBİB-in tabeliyində olan Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq 10 yaşlı uşaq üzərində plevral punksiya icra olunub.
TƏBİB-in tabeliyində olan Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq 10 yaşlı uşaq üzərində plevral punksiya icra olunub.
Respublika Klinik Xəstəxanasının Pediatrik Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsində 10 yaşlı uşağa həkim-torokal cərrah Nurlan Əlizadə tərəfindən plevral punksiya icra olunub. Xəstədən interkostal drenaj kateteriylə təqribən 500 ml maye drenaj edilib, alınan nümunələr biokimyəvi, mikrobioloji və sitoloji analiz üçün göndərilib.
Qeyd edək ki, plevral punksiya yerli keyitmə ilə şpris və ya xüsusi drenaj kateteri vasitəsilə diaqnostik və müalicəvi məqsədlə iltihabi plevral mayenin boşaldılmasıdır. Eksudativ plevrit adlandırılan bu vəziyyət pnevmoniya, sepsis, vərəm revmatolojik xəstəliklərdə və ürək xəstəliklərində daha çox görülür. Bu xəstələrdə ağciyər ətrafında toplanan iltihabi mayenin toplanması təngnəfəslik, sinə və kürək ağrısı, qızdırma, halsızlıq, iştahanın azalması, tərləmə kimi şikayətlərə səbəb olur.