Surət Hüseynov Gəncədə dəfn olunacaq – YENİLƏNİB
Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.
Xatırladaq ki, keçmiş baş nazir Surət Davud oğlu Hüseynov uzun sürən xəstəlikdən sonra Türkiyənin İstanbul şəhərində vəfat edib.
Azərbaycanın 4-cü baş naziri uzun sürən xəstəlikdən sonra Türkiyədə xəstəxanada dünyasını dəyişib.
“Turanın səsi ” in məlumata görə, keçmiş baş nazir İstanbulda Başakşehir Çam və Sakura Xəstəxanasında reanimasiya şəraitində müalicə olunub, koma vəziyyətində olub. Oğlu Nail Hüseynov da xəstəxanada olub.
Qeyd edək ki, 1959-cu ildə Gəncədə anadan olan S.Hüseynov uzun illərdir Azərbaycandan kənarda yaşayırdı. O, 1993-cü il iyununda baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.