Statistika Şurasının tərkibi dəyişdi
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib.
“turaninsesi.az” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıblar:
– Elşən Moqif oğlu Rəhimli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini
– Əzizağa Nəriman oğlu Əhmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi
– Çingiz Həsən oğlu Tağıyev – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri
– Sakit Məmədi oğlu Yaqubov – Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru.
Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub:
– Elşən Arif oğlu Hüseynov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini
– Rəşid Valeh oğlu Vəliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini
– Cəmaləddin Əlibala oğlu Quliyev – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri
– Natiq Qarakişi oğlu Əhmədov – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI