“Sputnik Azərbaycan”ın əməkdaşları sərbəst buraxıldılar

“Sputnik Azərbaycan”ın saxlanılan 5 əməkdaşı sərbəst buraxılıb.
Bu barədə saxlanılan şəxslərin ailə üzvləri məlumat veriblər.
Bildirilib ki, onların cinayət işi üzrə izahatları alınıb və bu gün sərbəst buraxılıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları “Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirib. Əməliyyat zamanı agentliyin 7 əməkdaşı saxlanılıb. Onlardan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılmışdı. Bu gün saxlanılan daha 4 nəfər Azərbaycan vətəndaşları – Azərbaycan redaksiyasının rəhbəri Tahir Baliyev, Rus redaksiyasının rəhbəri Yusif Ağayev, videooperator Taleh Mahmudov və sürücü Ramin Babayev izahatları alınandan sonra azad ediliblər.