SOCAR Dneprdə raketlə vurulan yaşayış binasında xilasetmə işləri aparanlara pulsuz xidmət göstərir

0

“SOCAR Energy Ukraine” Dn⁵epr şəhərində Rusiya tərəfindən çoxmərtəbəli binanın raketlə vurulması ilə bağlı humanitar aksiya keçirir.

Turanın səsi ” in xəbərinə görə SOCAR-ın Dneprdə olan yanacaqdoldurma məntəqəsi dağılan binada xilasetmə işləri ilə məşğul olan şəhər xidmətinin əməkdaşlarının sutkanın istənilən vaxtında dincəlmək və pulsuz yeməklə təmin olunmasını həyata keçirir.

Yanvarın 14-də faciə baş verən gündən şəhər xidmətinin əməkdaşları SOCAR-ın humanitar aksiyasından yararlanırlar.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” müharibə başlayandan bəri Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib. Məktəblilərə tibbi dəstlər üçün 1 milyon qrivna (25 min dollar) toplayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir