Sağ qalanlar Bakıya yola salındı
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərin bir qismi Azərbaycana yola salınıb.
“turaninsesi.az” xəbər verir ki,
Yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
14 nəfər, o cümlədən 1 uşaq Azərbaycana yola salınıb.