Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov ƏSMN-in ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib.
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib.
Bunu müsahibəsində Sənan Əhmədov bildirib. O, qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
“Dedilər ki, sizə bir otaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O, yaşasaydı dekabr ayına qədər mənzil alacaydıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var. Onlar da dedi ki, sənə iki otaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o bir otaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab olunmur”.
“TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09