Qəzaya uğrayan təyyarə ilə bağlı – Detallar
“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub.
“turaninsesi.az” xəbər verir ki, “Embraer 190” Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal edilən qısa və orta məsafəli marşrutlar üçün iki mühərrikli, dar gövdəli sərnişin təyyarəsidir.
Təyyarə 3-4 min kilometr məsafədə 106 nəfərə yaxın sərnişin daşıma imkanına malikdir. “Embraer 190” seriyasının istehsalı 2006-cı ildə başlayıb. Əsas versiya ilə yanaşı, uçuş məsafəsi artırılmış “Embraer 190LR” versiyası da istehsal olunur.
AZAL ilk dəfə 2013-cü ildə “iki ədəd “Embraer 190” alıb. Ölkəyə gətirilən təyyarə sınaq uçuşları keçirilib və bununla Tehran, Tbilisi, Volqoqrad kimi şəhərlərə uçuşların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Alınan təyyarələrdən ikincisi isə 2014-cü ildə ölkəyə gətirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI