Ötən il Almaniyada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
2022-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq alan Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
” turanın səsi ” xəbərinə görə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözcüzü Saskia Geltenpot açıqlamasında bildirib ki, ötən il Azərbaycan vətəndaşları tərəfindən daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.
Həmin şəxslər rəsmi Berlinin tərəfdaşı olduğu Cenevrə Qaçqınlar Konvensiyasına uğyun olaraq Almaniyada yaşamaq hüququ əldə ediblər.
BAMF rəsmisi xatırladıb ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizəsi daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09