Onlar yutubdan pul qazana bilməyəcək
“Google Payments” rusiyalı yutub bloqerlərinə və veb sayt sahiblərinə məktub göndərərək monetizasiyanın tamamilə dayandırıldığını elan ediblər.
“turaninsesi.az” xəbər verir ki, “Google” Rusiyada olan bütün “AdSence” hesablarını deaktiv edəcək.
Rusiyadan olan bloqerlər və sayt sahibləri reklamları xarici ölkədən baxılsa belə, gəlir əldə edə bilməyəcəklər.
Şirkət iyulun 21-dən avqustun 26-na qədər iyul qazancını ödəyəcəyini vəd edib.
2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb.