NASA “X-57” elektrotəyyarəsinin ilk uçuş tarixini açıqlayıb

0


Elektrikli “X-57” buraxılış qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) başçısı Bill Nelson keçirdiyi mətbuat konfransında deyib.

“Biz elektriklə işləyən təyyarə üzərində işləyirik. Bu il “X-57”ni havalandıracağıq. O, müasir təyyarələrdən daha səssiz, səmərəli və ekoloji cəhətdən təmiz olacaq”, – o deyib.

Qeyd edək ki, NASA hələ 2016-cı ildə elektrikli təyyarə layihəsi üzərində iş gördüyünü açıqlamışdı. Artıq 2017-ci ildə sınaq uçuşu planlaşdırılıb, ancaq dəfələrlə ertələnib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir