Müdafiə Nazirliyi Səbuhinin qardaşına “şəhid ailəsi” arayışı verdi

0

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan gizir Səbuhi Əhmədova “şəhid”, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.

“Unikal” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sentyabrın 20-də imzalanan sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir