Milli Məclisin Vitse spikeri Adil Əliyev dövlət sərhəd xidmətinin heyətini peşə bayramı münasibətilə təbrik etdi.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 16 avqust Sərəncamı ilə avqustun 18-i ölkəmizdə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bu əziz gün münasibətilə bütün sərhədçiləri səmimi qəlbdən təbrik edir, yorulmaz fəaliyyətlərində uğurlar arzu edirəm. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölkəmizin sərhədlərinin mühafizəsini və toxunulmazlığını ən yüksək səviyyədə təmin edirlər. Eləcə də, şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsində cəsur sərhədçilərimiz üzərlərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gələrək, Vətən uğrunda canlarını düşünmədən qurban verdilər. Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, Allahdan şəhidlərə rəhmət, ailələrinə səbr, qazilərə şəfa diləyirəm.
Arzu Paşaqızı .