Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb
Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb.
“Turanın səsi” xəbər verir ki , bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb .
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09