Laçında bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir