Laçında avtomobil qəzasında həlak olan hərbçi Gəncədə dəfn olunub – YENİLƏNİB 

Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.

Turanın səsi ” Qərb bürosunun məlumatına görə, dəfndən əvvəl mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.

Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:57

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.

Turanın səsi ” in Qərb bürosunun məlumatına görə, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir