Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib


Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir