İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edilib
İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.
Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.