İsmayıllıda tufana düşən Britaniya səfiri geyim və qida ilə təmin olunub
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.
“Turanın səsi ” xəbər verir ki, səfir bu barədə tviter hesabında yazaraq buradakı qonaqpərvərliyə heyran qalıb.
“İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: – bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik, Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, – səfir sosial şəbəkə hesabında qeyd edib.