İrandan ŞOK addım: Sərhədə qoşun yığır
İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) quru qoşunlarının zirehli texnikasının İranın şimal-qərb sərhədlərinə göndərdiyini göstərən videolar peyda olub.
“Turanın səsi ” Təsnim-ə istinadla xəbər verir ki, hərbi texnika İranın İraq Kürdüstanı ilə həmsərhəd bölgələrinə göndərilir.
İranın hərbi mənbələri bölgəsindəki separatçı terror qruplaşmalarını tərksilah etmək üçün İraqa verilmiş ultimatumun bitdiyini açıqlayıb.
Xatırladaq ki, İslam Respublikası İraq hökumətinə sentyabrın 19-a qədər möhlət verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun əməliyyatlar üzrə müavini general Nilfroruşan da bunu təsdiqləyib: “Bölgədəki qardaşlarımızdan qardaşlıq gözləyirik. Ölkəmizə qarşı əməliyyatların mənbəyinə çevrilən ərazidə terrorçuların fəaliyyətinə icazə vermək nə qardaşlıq, nə də mehriban qonşuluq məntiqinə uyğun gəlir. İslam Respublikası vədini yerinə yetirdiyi kimi qarşı tərəfdən də razılaşmanı yerinə yetirməsini gözləyir, əks halda İranın mənafeyini qorumağa məcburuq”.